NATO ilə əməkdaşlıq Azərbaycana necə kömək etdi? – TƏHLİL

Azerbaijan_Nato_flags_Albom_050712Fərrux Məmmədov: “Qalib gəlmək üçün əsas üç məqama diqqət yetirmək lazımdır”

Üzeyir Cəfərov: “Artıq Ermənistan da başa düşür ki, NATO-nun imkanlarından yararlanmaq lazımdır”

“Azərbaycan Silahlı Qüvvələrinin son döyüşlərdə göstərdiyi üstünlük NATO ilə və bu alyansın üzvü olan Türkiyə ilə əməkdaşlığın müsbət göstəricisi sayıla bilər”.

Bu sözləri Qafqaznews.az-a  NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan ordusu aprel ayinda baş tutan “dördgünlük müharibə”də heç kəsin gözləmədiyi əzmkarlıq müşahidə etdirdi.

“İstər ordu, istərsə də xalqda olan yüksək əhval-ruhiyyə hər kəsi, hətta bir çox hökumət rəsmilərinin də təəccübünə səbəb oldu. Çünki son illərdə cəmiyyətimizdə vətənpərvərliklə bağlı ciddi böhran var idi. Lakin “dördgünlük müharibə” tamamilə əksini göstərdi. Gənclərimizin cəbhəyə könüllü getməyə can atması bir çox ekspertlərin belə gözləntilərinin əksinə oldu. Bu, işin əsas tərəfidir. Digər daha önəmli tərəf isə, haqlı olduğumuz halda haqsız duruma düşməməklə bağlıdır. Bu döyüşlər həm də bizim mənfi tərəflərimizi büruzə verdi və nəticə çıxarmaq üçün zərurət yaratdı”, – deyə F.Məmmədov vurğulayıb.

Politoloqun fkrincə, ordudakı çatışmazlıqlardan əlavə, bəzi “incə” məqamlara da diqqət etmək lazımdır.

“Azərbaycanda viza məsələsinin yaratdığı çətinliklərdən dolayı, xarici KİV nümayəndələrinin vaxtında ölkəmizə gəlməsi və prosesləri işıqlandırması üçün əlverişli şərait yaranmır. “Dördgünlük müharibə”də proseslərin obyektib işıqlandırılması, haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması üçün xarici medianın iştirakını təmin etmək olardı. Təəssüf ki, bu məsələdə düşməndən geri qalırıq. Ümid edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə düşünərək, adekvat addımlar atacaq”, – deyə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri  Qafqaznews.az-a qeyd edib.

O vurğulayıb ki, son döyüşlərdə 23 illik Azərbaycan-NATO əməkdaşlığının da rolunu görmək mümkün olub.

“Bizim bir çox gənc və orta yaşlı hərbçilərimiz NATO-nun tədbirləri çərçivəsində Türkiyə, Amerika, Almaniya kimi ölkələrdə xüsusi təlim keçmiş şəxslər və zabitlərdir. Əslində bu döyüşlər NATO standartlarının və NATO-yönlü islahatların əhəmiyyətini ortaya qoymuş oldu.  Müharibə üç halda qələbə ilə tamamlanır. Birinci – Haqlı tərəf olmalısan, necə ki, BMT-nin qətnamələrində də bizim ərazinin işğal olunması faktı təsdiqini tapır ; İkinci- güclü orduya malik olmalısan ki, hərbi cəbhədəki üstünlük siyasi mövqeyin də möhkəmlənməsinə zəmin yaratsın. Aprel döyüşlərindəki üstünlük Azərbaycanın danışıqlardakı siyasi mövqeyi baxımından da əhəmiyyət daşıyır. Üçüncü məqam isə odur ki, haqlı tərəf olduğunu dünyaya göstərə və inandıra bilməlisən. Nəticədə, beynəlxalq ictimaiyyət nəinki təzyiq göstərməsin, hətta dəstəkləsin. Beynəlxalq dəstəyin güclü olması müharibədə qələbəyə çatmaq yolunda əhəmiyyət daşıyır”, – deyə Fərrux Məmmədov qeyd edib.

img1613393Politoloqun fikrincə, bu vacib məqamları təhlil etdikdə, Azərbaycanın ABŞ, NATO və Avropa İttifaqı ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır: “Etiraf edək ki, media gücü də onlardadır. Qərb ölkələri ilə tərəfdaşlığın yüksək səviyyədə saxlanılması Qarabağın qaytarılması üçün vacibdir. Bir sözlə, bu gün orduda nizam-intizamın və döyüş qabiliyyətinin NATO standartlarına çatdırılması Azərbaycanın torpaqlarını azad etmək və özünü qorumaq üçün əsas sığortası ola bilər”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan uzun illərdir NATO ilə “Sülh naminə tərəfdaşlıq” və FTƏP çərçivəsində əməkdaşlıq edir: “Əməkdaşlıq əsasən təlimlər və təcrübə mübadiləsi çərçivəsində baş verir. NATO tərəfdaşlığı davam etdirmək üçün Azərbaycanın qarşısına yeni planlar qoysa da, Azərbaycan bu prosesi uzadır. Lakin danılmazdır ki, son zamanlardakı hərbi toqquşmalarda, xüsusilə də Ermənistanın təxribatı ilə baş verən aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi üstünlükdə NATO ilə əməkdaşlığımızın müsbət rolu olub. Zabitlərimiz NATO-nun müxtəlif tədbirlərində təcrübə yoxlayırlar. NATO Azərbaycana çox şey verib. Azərbaycan da öz texniki imkanları ilə NATO-ya dəstək verib. Azərbaycan üçün bu tərəfdaşlığı inkişaf etdirmək, ordudakı islahatları sürətləndirmək lazımdır. 2016-cı ildə NATO-nun təlimlərində Azərbaycandan olan zabitlərin də iştirakı nəzərdə tutulur. Bu, çox müsbət amildir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın NATO-ya qoşulması hazırda müzakirə mövzusu olmasa da, dünyanın ən güclü hərbi-siyasi alyansı kimi, NATO ilə əməkdaşlıq çox vacibdir.

“Bu, ordumuzun nizam-intizamı, şəxsi heyətin bilik və bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Biz NATO standartlarına keçməklə heç nə itirməyəcəyik, əksinə, qazanacağıq. Artıq Eraxar.az1393480064uzeyirmənistan da başa düşür ki, NATO-nun imkanlarından yararlanmaq lazımdır.”, – deyə Üzeyir Cəfərov vurğulayıb.

O qeyd edib ki, general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra, Azərbaycan Silahlı Qüvvələrində NATO-yönümlü islahatlar surətləndirilib.

“Etiraf edim ki, Zakir Həsənov orduda NATO standartlarına uyğun islahatlara ciddi diqqət yetirir. Ordudakı nizam-intizam və əhval-ruhiyyə də xeyli dəyişib. Kim deyirsə ki, hər şey ideal səviyyədədir, yalan deyir. Lakin bir çox problemlərdən, köhnə sovet sistemininin qalıqlarından, xüsusilə də “dedovşina”dan qurtulmaq baxımından, böyük uğurlara nail olmuşuq. Bəzi problemlər hələ də qalır, inanıram ki, tezliklə həllini tapacaq”, – deyə Üzeyir Cəfərov əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR