Naxçıvanda yaşayan ailələrin sayı açıqlanıb

88bf2a38-bd83-4e42-8cde-2e9b40b2bc99_292Naxçıvan Muxtar Respublikasında hazırda 94 min 558 ailə yaşayır.

“Report” xəbər verir ki, bunu Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib.

Onun sözlərinə görə, onlardan 2702-si aztəminatlı, 1401-i qaçqın və məcburi köçkün, 244-ü isə şəhid ailəsidir.

Nazir deyib ki, bu günədək 204 əlil və şəhid ailəsi mənzillərlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, 1941-1945-ci illər müharibəsində, Çernobıl qəzasının ləğvində iştirak edərək sağlamlıq imkanları məhdudlaşan 454 nəfər minik avtomobili ilə təmin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR