Nazir müavini: “Vergi yoxlamaları azaldılıb”

a37cbc6c-57b4-4129-a21d-645f4bf1358b_292Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda vergi yükü və yoxlamaların sayı kifayət qədər azaldılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavininin sözlərinə görə, vergi yoxlamalarından başqa digər yoxlamalar dayandırılıb: “Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 4 ayı ərzində səyyar vergi yoxlamaları 45,1%, kameral vergi yoxlamaları 2,5 dəfə, operativ vergi yoxlamaları isə 13 dəfə azaldılıb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR