Nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib

b2792537-f0cf-4c54-b7fb-f1793c36a6c6_292Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mayın 24-ü axşam və 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR