Nazirlik əməkdaşı: “Ermənilərin vəhşicəsinə istifadəsi nəticəsində Qubadlı dövlət yasaqlığı məhv olmaq üzrədir”

9ef6c09b-2b7e-467b-b671-a7c2c3ac0326_292“Qubadlı və Laçın rayonlarının ərazisini əhatə edən Qubadlı dövlət yasaqlığı ermənilərin ordakı sərvətlərdən vəhşicəsinə istifadəsi nəticəsində məhv olmaq üzrədir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Azərbaycanın erməni işğalı nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Mirzəli Fətəliyev deyib.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin təşkil etdiyi “Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan sülh danışıqlarında Laçın əraziləri danışıq mövzusu ola bilməz” adlı tədbirdə danışan nazirlik rəsmisi bildirib ki, sahəsi 20 min hektar olan yasaqlığın ərazisi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir: “Yasaqlığın ərazisində qonur ayı, cüyür, çöl donuzu, müxtəlif quşlar vardı”.

M.Fətəliyev qeyd edib ki, Laçın ərazisində hər cür avadanlıqlarla təchiz olunmuş Laçın hidrometroloji stansiyası da vardı və işğal nəticəsində hidrometroloji müşahidələr dayandırılıb və baza sıradan çıxarılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR