“Neftçi” komandası U-12 Liqasının qalibi olub

52266070Keçirilmiş 2 oyunla U-12 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.

“Xəzər Xəbər” məlumat verir ki, üçüncü yer uğrunda oyunda “Qəbələ” 1:0 hesabı ilə “Neftçi İdman Klubu” İctimai Birliyinin müvafiq yaş qrupundan ibarət komandasına qalib gələrək mövsümü mükafatçılar sırasında başa vurub.

Bayıl stadionunda keçirilmiş final oyununda isə “Neftçi” komandası “İnter”i 2:1 hesabı ilə məğlub edərək U-12 Liqasının qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Liqanı üçüncü pillədə başa vurmuş “Qəbələ”, ikinci yeri tutmuş “İnter” və turnirin qalibi “Neftçi” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda “Neftçi” komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, Azərbaycan milli komandasının üzvü Ruslan Qurbanov təqdim ediblər.

U-12 Liqasının bombardiri 57 qolla “Ağsu” komandasının üzvü Əfqan Nuriyev olub. “İnter”in üzvü Nicat Quliyev liqanın ən yaxşı futbolçusu seçilib. “Fair-play” mükafatına isə “Qəbələ”nin oyunçusu Emil Süleymanov layiq görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR