Oğurluq edən ata, oğlu və qardaşıoğlu saxlanıldı (FOTO)

so1“Özüm üçün götürmüşəm, satış məqsədim olmayıb”

 Samuxda fəhlə əvvəllər çalışdığı şirkətdən oğurluq edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Daşkəsən sakini olan Cəbaryıl Qasımov oğlu və qardaşı oğlu ilə birlikdə oğurladıqları inşaat materiallarını yaşadıqları rayonda gizlədiblər. Onlar ümumilikdə şirkətə küllü miqdarda ziyan vurublar.

 Mayın 4-dən 5-ə keçən gecə Samux rayonunun Qırmızı Samux qəsəbəsində şirkətlərin birindən oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər həmin gecə şirkətdən ümumi dəyəri 4 min manatdan çox olan inşaat materialları oğurlayıblar.

 Ruhlan Abutalıbov – şirkətin rəsmisi: “Səhər müəyən etdim ki, suvarma üçün vacib olan mis kabellər rezin borular və digər qiymətli əşyalar oğurlanıb. Şirkətə kifayət qədər maddi ziyan dəyib”.

 Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən sakini 53 yaşlı Cəbaryıl Qasımov saxlanılıb. Onun oğurladıqları daimi yaşadığı Daşkəsən rayonunun Güllübulaq kəndi ərazisində maddi subut kimi aşkarlanaraq götürülüb.

 Əşrəf Yusifzadə –  müstəntiq: “Həmin şəxs sadaladığımız əşyaları oğurladıqdan sonra öz oğlu Qasımov Xaliq Cəbrayıl oğlu və qohumu Qasımov Azər Dəmir oğlunun vasitəsi ilə müxtəlif yerlərdə gizlədiblər. İstintaq dövründə həmin əşyalar Cəbrayıl Qasımovun evindən aşakralnaraq maddi sübut kimi götürülüb”.

 Saxlanılan Cəbaryıl Qasımov əməlini səmimi etiraf edib. O inşat materiallarını şəxsi təsərrüfatında istifadə etmək üçün götürdüyünü deyib. Əməlinə görə başının dərdə düşəcəyini isə heç ağlına belə gətirməyib.

  Cəbrayıl Qasımov – saxlanılan şəxs: “Sahədən götürürdüm. Kabeli və rezin borunu evdə istifadə etmək üçün götürmüşəm. Özüm üçün götürmüşəm, satış məqsədim olmayıb”.

 Polis eləcə də əldə etdiyi qiymətli əşyaları gizlətməkdə Cəbrayıl Qasımova yardımçı olan oğlu 32 yaşlı Xaliq və 23 yaşlı qardaşı oğlu Azəri də saxlayıb. Hazırda onların digər cinayətlərdə iştirakı araşdırılır. so5 so4 so3 so2 - копия


so5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR