Oliqarxlar prezidentin sərəncamına məhəl qoymurlar?

unnamed-3_14Ötən ilin dekabr ayında Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə qanun layihəsi irəli sürülmüşdü. Bu dəyişikliklərə görə, Azərbaycanda Xəzəryanı ərazilərə girişi qanunsuz məhdudlaşdırmağa görə cərimələr qaldırılacaq.

Torpaq sahələrinin icra hakimiyyətindən icazə olmadan çəpərlənməsi və ya Layihəyə əsasən Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə, cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq İcra Hakimiyyəti orqanın icazə olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiy1025_635523673565542806alarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə edilir. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir (APA)

Həmin qanun layihəsi parlamentdə qəbul edilib.Bu ilin yanvarında isə Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun qüvvəyə minməsinə dair Sərəncam imzalayıb. Bu gün Xəzər dənizinin sahilləri müxtəlif məmurlara məxsus olan iri istirahət mərləzləri tərəfindən tamamilə hasara alınıb. Sahilboyu ərazilərin qanunsuz zəbti ilə qane olmayan oliqarxlar bu ərazilərdə özəl çimərliklər yaradıblar. Xatırladaq ki, mayın 16-da kavkaznews.az saytında “Bakı merinin əmri lazımsız kağızdır” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi bildirmişdi ki, Bakı ŞİH başçısı Hacıbala Abutalıbov çimərliklərdən istifadəyə görə əhalidən pul almağı qadağan edib. Lakin istirahət mərkəzləri bu əmri də görməzdən gəlirlər. Belə ki, əməkdaşımızın 404659954müəyyən etdiyinə görə, Bilgəh qəsəbəsindəki “Amburan” istirahət mərkəzində çimərliyə giriş haqqı 18 manatdır. Çərşənbə axşamından cümə gününə q
ədər isə 20 manat ödəmək lazım gələcək. Həftəsonları isə mərkəzə giriş haqqı adambaşına 25 manat olacaq”, – deyə əməkdaş bildirib.

“Çimərlikdən istifadə üçün də ödəniş etmək lazımdır?”, – deyə soruşduq.firm-11421-thumb-1-1

“Bəli”, -deyə “Amburan”ın əməkdaşı təsdiqlədi.

“Axı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri var ki, çimərliklərdən istifadə üçün pul alınmasın”, – deyə xatırlatdıq.

“Bizdə özəl şirkətdir”, – deyə “Amburan”dan cavab verildi.

Müxbirimizin “Çimərlik də özəldir?” sualına istirahət mərkəzinin əməkdaşı belə cavab verdi: “Xeyir. Amma dəniz mövsümü açıldıqdan sonra, çimərlikdən istifadə üçün pul alınacaq”.

“Aysberq” İstirahət Mərkəzindən isə adını bildirməyən əməkdaş Kavkaznews.az saytına bildirdi ki, istirahət mərkəzində çimərlik mövsümü 5 gün sonra başlayır, hovuz və çimərlikdən istifadə üçün isə 10 manat ödəmək lazımdır.khazar-hotel-baku

“Khazar Golden Beach Hotel”in də öz çimərliyi var və bu çimərliyə giriş 10 manatdır. Oteldən kavkaznews.az-a bildiriblər ki, “uşaqlar üçün 5 manata qədər endirim var”.

skachanny-e-fajly-1-387Hüquq müdafiəçisi Murad Sədəddinov bildirib ki, prezidentin yuxarıdakı sərəncamı doğru və zamanlı olub.

“Bu sərəncam çimərliyi hansı oliqarxın tutmasından asılı olmayaraq yerinə yetirilməlidir”, – deyə hüquq müdafiəçisi vurğulayıb. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti qısa müddətdə prezidentin tapşırıqlarının yerinə yetirilməsini təmin etməlidir.

“Xəzər sahilləri dövlətə məxsusdur və prezident də bunu birmənalı şəkildə təsdiq edib. Müvafiq qurumlar bu tapşırıqların icrasını təmin etməlidir. Əgər icra hakimiyyəti strukturları bunu etmirsə, o zaman onlar da oliqarxlarla əlbirdir”, – deyə M.Sədəddinov qeyd edib.

 Rəşad Rüstəmov

 Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR