Parisdə etirazçılarla polislər arasında toqquşma baş verib

0f8165a1-4f8d-4f8d-a462-44015e567b6e_292Parisdə etirazçılarla polislər arasında toqquşma baş verib. “Report” AFP-yə istinadən xəbər verir ki, toqquşma bu gün səhər hüquq-mühafizə orqanlarının Parisin şimal-şərqində yerləşən və iki həftə ərzində yüzlərlə qaçqının məskəni olan Jean-Jaures liseyini azad eləməyə səy göstərən zaman yaşanıb.

Nümayişçilər maskada olub və “hamı polisə nifrət edir” deyə qışqıraraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf müxtəlif predmetlər tullayıb. Bəzi nümayişçilər isə “qaçqınlarla həmrəylik” şüarını səsləndirib. Etiraz edən kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, aprelin 22-nə keçən gecə buna qədər “Stalinqrad” dəmir yol stansiyası yaxınlığındakı körpünün altında çadırlarda yaşayan miqrantlar Jean-Jaures liseyinə yerləşmişdi. Onların əksəriyyəti Əfqanıstan, Sudan, Yəmən, Somali və Eritreyadan gələnlərdir. Mayın 2-də polis üçüncü dəfə lagerin təxliyəsini həyata keçirib. Ümumilikdə 1600-dən çox adam evakuasiya edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR