PKK-nın Fransada​ nümayəndəliyi açılıb

89281681Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”nin Fransada nümayəndəliyi açılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.

Xəbərə görə, Türkiyəyə “terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik” deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib.

Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR