Prezident AŞPA-nın fəxri sədrini qəbul edib

97ffc15bd4937fab27ba9e3b3f28eb2bPrezident İlham Əliyev Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib.

Qafqaznews.az-ın AzərTAc-a istinadən məlumatına görə, qəbulda Azərbaycan ilə Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib.

Azərbaycan və Niderland arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən prezident İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib: “ Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında qurulan əlaqələr strateji əhəmiyyət daşıyır. Və bütün bunlar əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirilir”.

Rene van der Linden isə Azərbaycan ilə əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR