Prezident İlham Əliyev dövlət və hökumət başçılarının şərəfinə ziyafətdə iştirak edib – VİDEO

img2090411Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Dünya Humanitar Sammitində iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə ziyafət verib.
APA TV – nin məlumatına görə, ziyafətdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Dolmabaxça sarayında qonaqları Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və xanımı Hülya Çavuşoğlu qarşılayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan Dünya Humanitar Sammitinin açılışında çəkilmiş xatirə fotosunun olduğu tablonu imzalayıb. Digər yüksək səviyyəli qonaqlar da tabloya imza atıblar
Daha sonra Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan qonaqlarla tək-tək görüşərək, söhbət edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR