Qanunsuz lotereya və idman mərc oyunları təşkil edənlərin işi çətinləşir

lotoreya_turkAzərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə cərimələr üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə cərimələr də üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə cərimələr min beş yüz manatdan iki min manatadək məbləğdə nəzərdə tutulur.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR