“Qarabağ”ın intriqasız oyunu, “Qəbələ” və “Zirə”nin mövqe savaşı

futbol_3Bu gün Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Günə mərkəzi görüşlə start veriləcək. Premyer Liqadakı ilk mövsümünü gümüş medalla başa vurmağa yaxın olan debütant “Zirə” bürünc medallar uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edəcək. Adil Şükürovun komandası sona iki tur qalmış artıq gümüş medalları özü üçün təmin edə bilər, bunun üçün onlar doğma meydanda qalib gəlməli, “Kəpəz” isə büdrəməlidir. Qonaqların da öz hesabları var. Belə ki, Roman Qriqorçukun yetirmələri ikincilik üçün nəzəri şansları saxlamaqla yanaşı, üçüncülükdən də əl üzməmək üçün səfərdən mütləq 3 xalla dönməlidilər.

“Qəbələ”nin “bürünc” uğrunda mübarizədəki əsas rəqibləri “Kəpəz” və “İnter”i nisbətən asan oyunlar gözləyir. “Bankirlər” Bayıla, “Rəvan” səfərinə yollanacaqlar. Üç oyunluq qələbə həsrətinə son qoymaq üçün əla şansa mailk olan Zaur Svanadzenin yetirmələri tarixi boyu “Rəvan”a bir xal belə verməyib. Bəhmən Həsənov və komandası isə sensasiyaya imza ataraq, “Xəzər Lənkəran”ın potensial uğursuzluğu sayəsində sonuncu pillədən qurtulmaq istəyir.

Ardıcıl 3-cü qələbəsini qazanmağa iddialı “Kəpəz” 3-cü pillədəki yerini möhkəmlətmək və “Zirə”yə yaxınlaşmaq üçün Lənkərandan itkisiz dönməlidir. Artıq 21 turdu qələbə qazanmayan cənublular doğma azarkeşlər önündə seriyasını qırmağı arzulayır.

Masazırda keçiriləcək “Neftçi” – AZAL oyunu da maraqla gözlənilən qarşılaşmalardan biridir. Hər iki kollektiv 6-cı yeri tutaraq Avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Nominal meydan sahibləri rəqibi ilə aradakı 5 xallıq fərqi azaltmaq üçün həm də 3 oyunluq qələbəsizlik seriyasına son qoymalıdır. Tərlan Əhmədovun komandası isə qalib gələcəyi halda, indi qərarlaşdığı 6-cı pillədən də irəli getmək imkanına malik olacaq.

Günün ən intriqasız oyunu isə “İnter Arena”da olacaq. “Qarabağ” “Sumqayıt” məhz bu stadionda sınağa çəkəcək. Artıq çempionluğu rəsmiləşdirən ağdamlılarla yanaşı “kimyaçılar” üçün də nəticənin heç bir əhəmiyyəti olmadığını nəzərə alsaq, oyuna marağın olmayacağını təxmin etmək olar. Yeganə stimul isə Qurban Qurbanovun yetirmələrinin ardıcıl 10-cu qələbələrini qazanmaq istəyi ola bilər.

Azərbaycan Premyer Liqası
XXXII tur
7 may (şənbə)

15:00. “Zirə” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 0:0, 1:0, 2:1
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu

16:00. “Xəzər Lənkəran” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 0:1, 0:1, 0:2
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Rəvan” – “İnter”
Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 1:3
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
“Bayıl Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”
Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 2:0
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
“İnter Arena”

19:05. “Neftçi” – AZAL
Mövsümün əvvəlki oyunları: 1:2, 0:1, 1:1
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
“Əlincə Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 32 23 6 3 59-19 75
2 Zirə 32 17 9 6 39-24 60
3 Kəpəz 32 14 10 8 42-35 52
4 Qəbələ 32 13 11 8 38-26 50
5 İnter 32 13 11 8 30-23 50
6 AZAL 32 13 6 13 24-29 45
7 Neftçi 32 10 10 12 31-35 40
8 Sumqayıt 32 6 12 14 34-45 30
9 Xəzər L 32 3 5 24 12-42 14
10 Rəvan 32 4 8 20 22-53 14

  * “Rəvan”ın hesabından 6 xal silinib

Bombardir: Nelson Bonilla (“Zirə”) – 14.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR