“Qarabağ”-“Neftçi” oyunu 30 manata

azerbaycan_kubokuAzərbaycan Kubokunun finalının biletləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib.

Milli.Az PFL-in saytına istinadən məlumat verir ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan Kuboku uğrundakı final oyunu mayın 25-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR