Qasırğa Daşkəsənin yarısını elektrik enerjisiz qoydu

1424267688Kəpəz TV (Region TV) xəbər verir ki, Daşkəsən rayonunda yağışla müşahidə olunan güclü qasırğa olub.  Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektrik naqillərini qırıb. Bir ağac isə nəqliyyat vasitəsinin üzərinə aşıb və avtomobil yararsız hala düşüb. 

Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb. Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü kənara atıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə,  hazırda təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR