Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstan rəsmi nümayəndə heyəti Azərbaycana gəlib

5b627258-b32d-4cec-92ea-a924c141b4e6_292 (1)Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstanın rəsmi nümayəndə heyəti Azərbaycana gəlib. “Report” Dağıstan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda keçirilən Dağıstan Mədəniyyət Günlərinin açılışına qatılacaq.

Dağıstan Respublikasının başçısı R.Abdullatipov ölkəmizdə yaşayan həmvətənləri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirəcək.

Eyni zamanda Azərbaycanın Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlığa dair saziş imzalanması planlaşdırılır.

Nümayəndə heyəti Bakıdan əlavə, Xaçmaz və Qusara da səfər edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR