Ramiz Mehdiyev Qroznıda səfərdədir

ea340b8d1bb09a41ebf15649436bf80eAzərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Çeçenistanın səhiyyə naziri, milliyyətcə azərbaycanlı Elxan Süleymanov “İnstagram” səhifəsində məlumat yayıb.
Çeçenistanın başçısı Ramzan Kadırov isə sosial şəbəkədəki səhifəsində Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısının keçirildiyini yazıb. O, toplantıda 70-dən çox ölkə nümayəndəsinin iştirak edəcəyini qeyd edib.
R. Kadırov Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısında ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, miqrasiya prosesləri və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib.
Toplantıda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, Rəşid Nurqaliyev, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev, Azərbaycan Prezident Administrasiyasının sədr müavini Fuad Ələsgərov, Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov və digərləri iştirak edirlər.

887fa3252967efe20fbe9368302af8c9

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR