Ərbakan Yaxın Şərqdə baş verənləri 25 il əvvəl görmüşdü – VİDEO

hqdefaultSosial şəbəkələrdə Türkiyənin 23-cü baş naziri, “Səadət” Partiyasının lideri, mərhum siyasətçi Nəcməddin Erbakanın 1992-ci ildəki çıxışından video yayılıb. Qafqaznews.az bildirir ki, bu videoda səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Mərhum Ərbakanın çıxışından bəzi çıxarışları oxucuların diqqətinə çatdırırıq.

“Bir amerikalı zabit hələ Körfəz müharibəsi başlamazdan əvvəl (müharibə 1991-ci ildə olub – red) türkiyəli jurnalistə deyib ki, Səddam Hüseyn devriləcək, İraqda dövlət avtoriteti (mərkəzi hakimiyyət) zəifləyəcək, boşluq yaranacaq. Nəticədə İraqın şimalında kürd dövləti yaradılacaq, onlar Türkiyədən də ərazi tələb edə bilərlər, o zaman çarpışacaqsınız.

“Türkiyənin silahları, təyyarələri, raketləri var” deyildiyində isə, amerikalı zabit “tezliklə kürdlərdə də olacaq, Səddamın bütün silahları kürdlərə qalacaq” deyib”, – deyə N.Ərbakan çıxışında bildirib.

Onun sözlərinə görə, hələ Körfəz müharibəsi başlamamışdan, regionda müharibələr çıxarmaq, ölkələrin ərazi bütövlüyünü sarsıtmaq üçün böyük planlar var idi və ABŞ bu regionda qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atırdı. Təəssüflər olsun ki, təxminən dörddə bir əsr sonra, Ərbakanın dediklərinin getdikcə reallaşdığını görürük…

Müxtəlif xarici güclərin regionda çaxnaşma yaratması və müxtəlif esktremist qruplaşmalara dəstək vermək yolu ilə dövlətləri çökdürməsi isə artıq göz önündə olan reallıqdır.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR