Ərdoğan Aİ-nin şərtlərini yerinə yetirməkdən imtina etdi

1375464812“Biz öz yolumuzla gedirik, siz isə öz yolunuzla”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa hökümətlərini viza rejiminin ləğv edilməsi üçün çox sərt meyarlar qoyduqlarına görə tənqid edib.

Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.

“Türkiyənin terror təşkilatları tərəfindən hücumlara məruz qaldığı bir vaxtda, Avropa İttifaqı bizdən terrorizmə qarşı mübarizə qanununu dəyişməyi təklif edir. Onlar deyirlər: “Mən viza rejimini ləğv edirəm, bu da mənim şərtimdir!” Bağışlayın, biz öz yolumuzla gedirik, siz isə öz yolunuzla. Kimlə istəyirsiz saziş bağlayın”, – Türkiyə prezidenti İstanbulda çıxış zamanı deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR