Reklamlarda yalan məlumatlara görə cərimələr ikiqat artırılıb

66528838Bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb

Azərbaycanda reklam qanunvericiliyinin pozulmasına görə cərimələrin miqdarı iki dəfə artırılıb.

Bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən,  əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 100 manatdan 150 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir. Dəyişikliyə əsasən, bu əməlləri törədən fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimələnəcək.


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR