Robert Prosineçki Türkiyə klubunun futbolçusunu milliyə dəvət edib

de390326-c9b1-41ec-9d32-dd1febea4443_292Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Qaziantep BB” klubunda forma geyinən Ufuk Budakı yığmaya dəvət edib. “Report”un məlumatına görə, 26 yaşlı cinah müdafiəçisi millinin Avstriya toplanışında iştirak edəcək.

Mayın 23-də start götürəcək toplanış iyunun 4-də başa çatacaq. Bu müddət ərzində milli komanda Andorra, Makedoniya və Kanada yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Ufuk Budak Berti Foqtsun baş məşqçi olduğu dönəmdə də Azərbaycan millisində çıxış edib. O, cari mövsüm Türkiyə I liqasında 26 oyuna 2 qol vurub. “Qaziantep BB” 33 turdan sonra 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR