Roma və Milanda çinli polislər patrul xidməti həyata keçirəcəklər

125a2dfd99ac10ae9f16e9358bdaf900İtaliya hökuməti Roma və Milanda çinli polisləri patrul xidmətinə cəlb edəcək.

APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ancelino Anfaro bildirib. O deyib ki, öz həmvətənlərindən olan patrul xidməti çinli turistlərin özlərini təhlükəsiz hiss etməsinə kömək edəcək: “Eksperimentin keçirilməsində məqsəd Çindən olan turistlərin rahatlığını təmin etməkdir. Əgər uğurlu alınsa, biz ölkədəki Çin icmasını nəzərə alaraq əməkdaşlığın yeni formaları barədə düşünəcəyik”.

Pekində italyan mütəxəssislərinin rəhbərliyi ilə təlim keçmiş polislər Çin vətəndaşlarının onları tanıya bilməsi üçün Çində qəbul edilmiş formalar geyinəcəklər. Patrul xidmətinin əməkdaşları zərurət olduğu təqdirdə İtaliya hüquq-mühafizə orqanlarına informasiya verəcək və həmvətənlərinin yerli hakimiyyət nümayəndələri ilə əlaqə qurmalarına yardım edəcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR