Ronaldo Çempionlar Liqası kubokunu “Real”a qazandırdı

3664Futbol üzrə UEFA Çempionlar Liqasının finalında Madridin «Real» və «Atletiko» klubları qarşılaşıblar.

Virtualaz.org xəbər verir ki, Milanda keçirilən oyunda hesabı «kral klubu»nun oyunçusu Serxio Ramos açıb. İkinci hissədə Karrasko cavab topunu vurub — 1:1. Oyunun əsas vaxtı belə başa çatıb.

Əlavə vaxt qalibi müəyyənləşdirməyib.

Penaltilər seriyasında hesab 4:3 ikən «Atletiko»nun oyunçusu Xuanfran səhvə yol verib və Kriştianu Ronaldo bu səhvi bağışlamayıb.

Beləliklə, Madridin «Real» klubu 2015/2016 mövsümünün Çempionlar Liqasının qalibi olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR