Rusiya casusluqda şübhəli bilinən Estoniya sakinini həbs edib

4ed8837f-fd91-42d8-8bf4-a020b1d64fce_292Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya sakinini casusluq ittihamı ilə saxlayıb

“Report” TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi bildirib.

Məlumata görə, 1969-cu il anadan olan Mardaleyşvili Arsen Nodaroviç Estoniyada vətəndaşsız statusu ilə yaşayır.

İnformasiyada bildirilib ki, FTX onu Sankt-Peterburqda casusluq əməli törədərkən saxlayıb.

FTX-dən bildirilib ki, Estoniyanın Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamenti Arsen Mardaleyşvilini Rusiya Silahlı Qüvvələrinə aid obyektlərlə bağlı məlumat toplamağa göndərib.

O, Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə ittiham olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR