Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 71-ci ildönümü qeyd olunmuşdur

DSC_0098II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.

Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməcliklər keçirilmiş,   iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.

Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.

Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənmişdir. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün  önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.

Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Bildirilmişdir ki, Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».

Ulu öndərin  layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.   Qələbənin 71 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin   sərəncamı ilə   ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, veteranlara olan digər qayğılar ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseyin yeni tədris korpusunda davam etdirilmişdir.

Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə veteranlara  hədiyyələr və maddi yadım təqdim olunmuşdur.

Qafqaznews.az

DSC_0098 DSC_0100 DSC_0102 DSC_0115 DSC_0116 DSC_0123 DSC_0141 DSC_0155

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR