Şəhidimizin medalı 40 mərasimində ailəsinə təqdim olundu (FOTO)

sm2EL TV (Region TV) xəbər verir ki, Azərbaycan ordusunun şəhid olan əsgəri Teymur Sabir oğlu Qasımov ölümündən sonra “Hərbi xidmətdə fəqrlənməyə” görə 3-cü dərəcəli medala layiq görülüb. 

Şəhidin ölümünün 40-cı günü münasibətilə təşkil olunan mərasimdə Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, torpaqlarımız tezliklə işğaldan azad olunduqdan sonra şəhidlərimizin ruhları dinclik tapacaq. Mərasimdə şəhidin döyüş yoldaşları onun fədakarlığından danışıblar. Daha sonra şəhid teymur Qasımovun təltif olunduğu medal onun atasına təqdim edilib. 

Bildirək ki, 1992 ci il təvəllüdlü şəhid Teymur Qasımov Talış yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. O, Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

sm3 sm4 sm5 sm6 sm7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR