Sələmçi Fatma Yolçiyevaya vasitəçilik edən qadının etirafları

Ortada məharətlə “işləyən” bir şəbəkə var….

Qafqaznews.az saytında bundan əvvəl də sələmçi qadın Fatma Məhəmməd qızı Yolçiyeva barəsində bir neçə yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki,bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib. O, Fatma Yolçiyeva adlı sələmçi qadının IMG_1549-1-1-1-3çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi.

“2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ,15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, mənə alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”.

F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Mən F.YolçiyevFatma7-1aya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul vermişəm”, – deyə S.Məcidov qeyd edib.

O, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunduğunu və həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanı çatmadığını deyib.13250497_993344894065086_660537489_n-2-1-1-1

“F.Yolçiyeva bu müddətdə mənim obyektini tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən hiddətlə soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi. ”, – deyə S.Məcidov əlavə edib.

IMG_1596Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçuyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma Yolçiyeva bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara, o cümlədən Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə rüşvət verib. Bu günlərdə Sudef Məcidov yenidən Qafqaznews.az-a müraciət edərək, yeni videogörüntülər təqdim edib. Onu F.Yolçiyeva ilə tanışdıran vasitəçi şəxs İradə Vəliyevanın etirafları ilə bağlı videogörüntüləri biz də təhlil etdik. Belə ki, həmin videoda İradə Vəliyeva etiraf edir ki, S.Məcidovla F.Yolçiyevanı o tanış edib. Həmçinin, İradə Vəliyeva borc axtaran başqa şəxsləri də Fatma Yolçiyeva ilə əlaqələndirdiyini də qeyd edir. İradə Vəliyeva həmçinin Fatmanın sələm verdiyi şəxslərdən Sahib adlı şəxsin də adını çəkib.İradə Vəliyevanın sözlərinə görə, Fatmadan 50 min manat sələmə borc alan həmin şəxs vəfat edib. Həmçinin, videoda hazırda Kürdəxanı Təcrixanasında həbsdə olan balakənli Raminin də adı çəkilir, onun “Gelandewagen” markalı avtomobilinin isə Fatma Yolçiyevanın oğlu tərəfindən mənimsənildiyi qeyd olunur. O, S.Məcidova verilən 200 min sələmdən Fatmanın götürdüyü 30 min manatdan “komisyon” pay aldığını da etiraf edib.

“10 min verdi bizə – mənə, Simaya, bir də göygöz oğlan Vasifə komisyon düşürdü”.

S.Məcidov ona özünün də 5 min manat verdiyini xatırlatsa da, İradə Vəliyeva bu pulu sonra qaytardığını deyir, lakin S.Məcidov bunu təsdiq eləmir. Həmin görüntülərdə İradə Vəliyeva bildirir ki, “sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər müəllim də Fatmadan sələmə pul alıb, sonradan İsmayıl müəllim girovun yarısını ödəməklə Fatma ilə razılaşıb”.скачанные файлы

Eyni zamanda, İradə Vəliyeva özü də razılaşır ki, Fatma Yolçiyeva S.Məcidovun obyektinin icarəsindən götürdüyü pulları nəzərə alaraq, obyekti əsl sahibinə – S.Məcidova qaytarmalıdır.

“Bu qadın xəstədir ey, arendadan o pulu götürmüsən də” – deyərək, İradə Vəliyeva sələmçi Fatma Yolçiyevanın əməllərini ifşa edir. İradə Vəliyeva videoyazıda onu da etiraf edir ki, Fatma Yolçiyeva bütün işlərini 9 saylı Notariat Kontorunun rəhbəri Rəşadət Sadıqovun vasitəsiylə görür. Beləliklə, çəkilən müxtəlif adlardan, “komisyon” götürən müxtəlif vasitəçilərdən belə qənaətə gəlmək olar ki, ortada məharətlə “işləyən” bir şəbəkə var. Bu şəbəkənin əməllərində cinayət elementlərini isə hüquq mühafizə orqanları müəyyən etməli, ölçü götürməlidir. Ümid edirik ki, bu, tez bir zamanda baş verəcək.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR