Sələmçi qadın məhkəmə və icra orqanlarına rüşvət verdiyini etiraf etdi – ŞİKAYƏT + ARAŞDIRMA

Безымянный copyBir neçə gün bundan əvvəl redaksiyamıza müraciət edən Zeynalov Nadir Hüseyn oğlu bildirmişdi ki, Yolçuyeva Fatma Məhəmməd qızı tərəfindən aldadılıb. O, əmlakının həmin xanım tərəfindən ələ keçirilməyi barədə məlumat vermişdi.

“2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə Fatma Yolçuyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonunda olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım. Onun sözlərinə görə, guya bu pulu başqasından alacaqdı və 10 min məbləğin 4 faizini əvvəlcədən “şapka” kimi Fatma7götürəcəkdi. O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım”, – deyə N.Zeynalov qeyd eidb.IMG_1549
“Məgər fiziki şəxslərin özgəsinin mülkiyyətini girov götürmək ixtiyarı var?”, – deyə soruşduq.

“Fatma Yolçuyeva dedi ki, var”, – deyə Nadir Zeynalov Qafqaznews.az-a bildirdi. Bundan sonra, Nadir Zeynalovun sözlərinə görə, 2012-ci ilin 10 yanvar tarixində F.Yolçuyeva ilə Bakıdakı 9 saylı Notariat kontoruna gediblər. “Mən içəri girmədim. Fatma mənə imzalamaq üçün boş blanklar gətirdi və dedi ki, sən sadəcə imza at, hər şeyi özüm edəcəm”, – deyə N.Zeynalov bildirib.

O, 8 ay ərzində hər ay 1000 manat olmaqla, Fatma Yolçuyevaya 8 min manat verdiyini deyib: “Fatma Yolçuyevanın mənə verdiyi 10 min manatdan 500 manatını dərhal məndən aldı. Fatma məndən hər ay 10 min manatın 10 faizi kimi 1000 manat pul tələb etdi. Mən 8 ay içində ona 8 min manat verdim. Şahidlərim də var. Gördüm ki, ona 8 min manat pul vermişəm, hələ də 10 min manat qalıb, belə getsə, bu borc bitməyəcək. Fatmaya təklif etdim ki, gəl sənin pulunu tam qaytaraq, obyekti girovdan çıxardaq. Lakin Fatma Yolçuyeva mənim obyektimi qaytarmaqdan imtina etdi. Fatma mənə deyir ki, 55 min manat gətir, obyekti qaytarım. İndi mülkiyyətimi geri ala bilmirəm”. Biz Nadir Zeynalovun dediklərini yoxlamaq qərarına gəldik və 9 saylı Notariat Kontoruna baş çəkdik. Məlum oldu ki, F.Yolçuyeva ilə N.Zeynalov arasında girov yox, alqı-satqı müqaviləsi imzalanıb.13250497_993344894065086_660537489_n (2)

Qafqaznews.az olaraq şikayətçinin təqdim etdiyi videogörüntüləri və sənədləri də təhlil etdik .Məlum oldu ki, F.Yolçuyeva  “2013-cü ildə adıma keçirdim” dediyi obyekti məhz 10 yanvar 2012-ci il tarixiylə rəsmiləşdirib.  Məlumat üçün bildirək ki, Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza müraciət edənlərdən biri də Məcidov Sudef  Hacıbala oğludur.

S.Məcidov öz müraciətində bildirib ki, 2011-ci ildə onun Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazasını Yolçuyeva Fatma onu aldadaraq ələ keçirib. Məcidov Sudef  Hacıbala oğlu redaksiyaya etdiyi müraciətdə bildirib ki, onun dükanının iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçuyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib.

Şikayətçi Qafqaznews.az-a bildirib ki, F.Yolçuyeva ona verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı ondan alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. S.Məcidovun sözlərinə görə, o, F.Yolçuyevaya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydi. Fatma Yolçuyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul verdiyini deyən S.Məcidov sonralar müflis olduğunu və pulu ödəməyə imkanı çatmadığını deyib. Şikayətçinin sözlərinə görə, F.Yolçuyeva onun obyektini tam ələ keçirərək, icarəyə verib və hər ay 14 min manata yaxın pul qazanır.

“Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Mən ondan bu pullar barədə soruşanda dedi ki, obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi. Hətta Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayevə 25 min manat rüşvət verdiyini də bildirib ”, – deyə S.Məcidov vurğulayıb.

Sudef Məcidov əlavə edib ki, Fatma Yolçuyeva ondan indi 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Fatma Yolçuyeva ilə söhbət zamanı Məcidov  Sudef tərəfindən çəkilən video da redaksiyamıza təqdim olunub. Həmin videogörüntülərdə F.Yolçuyeva etiraf edir ki, həqiqətən də  Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma Yolçuyeva bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara rüşvət verdiyini də videogörüntülərdə etiraf edir. Videogörüntüləri tələb olunan instansiyalara təqdim edə bilərik.

Araşdırmamız davam edir…

Murad İbrahimli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR