Sələmçilər şəbəkəsinin “sima”sı özünü ifşa etdi

Безымянный copyBəs niyə bu insanlar hələ də cəzalandırılmır?

Qafqaznews.az saytında bundan əvvəl də sələmçi qadın Fatma Məhəmməd qızı Yolçiyeva barəsində bir neçə yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki,bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib. O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi.IMG_1542-1-2

“2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ,15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, mənə alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”.

F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Mən F.Yolçiyevaya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul vermişəm”, – deyə S.Məcidov qeyd edib.

O, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunduğunu və həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanı çatmadığını deyib.

“F.Yolçiyeva bu müddətdə mənim obyektini tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən on13250497_993344894065086_660537489_n-2-1-1-1a 200 min manat faizə borc verilməklə ələ keçirilib. 20113335178_1000601150006127_480441829_n6-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən hiddətlə soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi. , – deyə S.Məcidov əlavə edib.13349063_1720527481540455_602469860_n13342240_1000601153339460_519372_n

Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçuyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma Yolçiyeva bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara, o cümlədən Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə rüşvət verib.

Xatırladaq ki, bu günlərdə Sudef Məcidov yenidən Qafqaznews.az-a müraciət edərək, yeni videogörüntülər təqdim etmişdi. Həmin videoda İradə Vəliyeva vasitəçilik etdiyini və bu sələmdən “komisyon haqqı” götürdüyünü etiraf edərək, F.Yolçiyevanın sələmə saldığı şəxslər içində sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da adını çəkib.скачанные файлы

Qayıdaq Fatma Yolçiyevaya… Ötən yazılarımızda F.Yolçiyevanın əməlləri haqqında söz açmışdıq, lakin Sudef Məcidofun təqdim etdiyi videoyazını  oxuculara ilk dəfə təqdim edirik.

Videogörüntülərdə müxtəlif instansiyalara rüşvət verdiyini deyən F.Yolçiyeva obyektin köhnə sahibi Sudef Məcidovun etirazlarına baxmayaraq, onu inandırmağa çalışır: “Maqazini sökməyə gəlmişdilər, 15 dəfə polis tökülüb ora. Məhkəmədən yığışıb gəlmişdilər baxmağa”.

“Hansı məhkəmədən?” sualına isə Fatma Yolçiyeva belə cavab verir: “Apellyasiyadan da gəlmişdilər, rayondan da”.

Həmçinin, F.Yolçiyeva ilk başdan özünün pul götürmədiyini deyir: “İradə götürmüşdü, mən səndən 1 qəpik pul almamışdım”.

“Sən tutulana qədər mənə 350 min pul verəcəkdin”, – deyən F.Yolçiyeva son olaraq Sudef Məcidovun ona 850 min manat verməli olduğunu vurğulayır.

İnadından dönməyən, “mən sözlərimdən dönmürəm” deyə “qətiyyət” nümayiş etdirən sələmçi qadın hətta yazıq sima da almağı unutmur: “Sən nətər yeyirsən? Qadın xeylağını sürüm-sürüm sürüdün… Sən mənə pul vermisən? Mən o adamın pulunu özüm vermişəm. Beş ildən sonra gəlmisən ki, gəl al pulunu götür”.

Sudef Məcidov dəfələrlə tutulduğunu desə də, F.Yolçiyeva onu dinləmək istəmir: “Sən bunun yiyəsisən, o da (pulun yiyəsi – red.) pulun yiyəsidir. Sənə bu cür sərf edir, ona da başqa cür. Hərənin bir iş prinsipi var. Nə razılaşmaq? Mən sənlə razılaşıb hələ yarısını istəyirəm. Səkkiz yüz əlli min!”.13348850_1720527574873779_428002814_n

Həmçinin, Fatma Yolçiyeva obyekti kirayə verdiyi türk iş adamını da bəhanə edərək, onunla 2019-cu ilə qədər müqavilə bağladığını deyir.

Sudef Məcidov icarədarın mövzu olmadığını deyərək, 850 min manat tələbinin səbəbini soruşsa da, Fatma Yolçiyeva yenə də inad edir: “Sudef, sən yaxşı bilirsən. Otur iki il yarım hesabla, gör nə qədər edir?”.

S.Məcidov ondan “sən 200 minIMG_1596 arenda pulu almısan?” deyə soruşduqda, Fatma Yolçiyeva “260 min almışam, hamısını da məhkəmələrə vermişəm”.

Həmsöhbəti ondan məhkəmə qərarlarının surətlərini istəsə də, sələmçi qadın  ancaq 850 min manatı aldığında verəcəyini deyir.

“Sən elə pul istəyirsən, mən onu sənə verə bilmirəm” deyən Sudef Məcidov bu dəfə növbəti “nağıl” ilə qarşılaşır: “Gəlib deyirdi ki, Nəsimi Rayon Məhkəməsində obyekti müsadirə edəcəm”.

Sudef Məcidovun “Kim?” sualına isə cavablar müxtəlif olur.

Fatma Yolçiyeva əvvəl “polisdə işləyən”, sonra “müstəntiq”, sonra “Nəsimi Rayon Məhkəməsində işləyən”, lap axırda isə “sənin işini aparan… dedilər ki, sən elə, sən belə.. hamısı sənə görə” deyə cavab verir.

Sudef Məcidov isə obyektə görə nə məhkəmə işi olduğunu soruşduqda dəqiq cavab ala bilmir.

Fatma Yolçiyeva sələm oyununa saldığı vətəndaşa jest edirmiş kimi, “beş ilin yarısına,  iki il yarıma görə 850 min istəyirəm”  deyə təkrarlayır.

“Sən deyirsən ki, ay Fatma get evini sat, o adama ver, mən də obyektimi qaytarım. Niyə tutulmusan, öz işindir… Nə gözəl şeydir, bir beş il də keçə, sonra gələrsən ki, belədir”, – deyə heç bir şəkildə yumşalmayan Fatma Yolçuyeva bildirir.

“Bank sənin evini niyə götürdü? Borcun vardı deyə götürdü” – deyən sələmçi qadın biranlıq özünü qanuni fəaliyyət göstərən kredit təşkilatı da zənn edir.

Sonda “Allahdan qorxmursan?” sualına sələmçi qadın belə cavab verir: “Kaş ki, Allahdan hamı mənim kimi qorxa… Mən heç kimdən qorxmuram, bir Allahdan qorxuram”.

Göründüyü kimi, hüquq mühafizə orqanlarının araşdırması üçün bu videoda yetərincə faktlar var.13348916_1000601160006126_1156832624_n

Xatırladaq ki, Azərbaycanda sələmçilik həm cinayət əməlidir, həm də vergidən yayınma halıdır. Həmçinin burda dələduzluq və özgənin əmlakını ələ keçirmə faktları da göz oxşayır.

Əvvəl müştəri ilə görüşdə Fatma Yolçiyeva və onun əlaltıları sələm və borc müqaviləsindən söhbət edir, lakin faktiki olaraq, vətəndaşın xəbəri olmadan alqı-satqı işi həyata keçirirlər. Bununla belə, obyektini və ya evini “satan” vətəndaş hər ay Fatma Yolçiyevaya faiz ödəməli olur. Maraqlıdır ki, bu sələmçi qadın hər şikayətdən “xəsarətsiz” çıxır və hüquq mühafizə orqanları onu məsuliyyətə cəlb etmir. Bəlkə, Fatma Yolçiyeva o qədər güclü və toxunulmazdır ki, insanları fırıldaq yolu ilə əmlakından məhrum etməsinə görə cəzalandırılmır? Ya da, bəzi məmurlar onu müdafiə və hətta himayə edir ki, sələm fırıldaqlarının sayı daha da artsın və nəticədə cəmiyyətdə narazı insanlar çoxalsın, dövlətə inam da sarsılsın?

Əgər bu işdə Fatma Yolçiyeva tək olmadığını iddia edirsə, oxucularda belə, bir sıra suallar yarana bilər:

Olmaya, yaxşı təşkilatlanmış şəbəkədən söz gedir? Bəs niyə bu insanlar hələ də cəzalandırılmır?

Ümid edirik ki, biz də, oxucular da tezliklə suallarına cavab tapacaq. Həmçinin, hüquq mühafizə orqanları da… Lazım olan yerlərə Fatma Yolçiyeva barəsində video materialllar, sübutlar və dəlillər təqdim etməyə hazırıq.

Sələmçilər şəbəkəsi haqqında araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR