Şagirdlər idman müəllimini döydülər -XIRDALANDA

1462460868_117070_res_01Abşeronda orta məktəblərdən birində insident baş verib.
Xırdalan şəhər 2 saylı orta məktəbdə yuxarı sinif şagirdləri idman müəllimini döyüblər. Hadisə yerinə polis gəlib.
Reportaj.tv-nin işçiləri məktəbə gedərək olayla maraqlanıblar. Məktəbin mühafizəçiləri çaşqınlıq içində olayı təsdiqləyiblər. Lakin direktorsuz heç bir məlumat verə bilməyəcəklərini deyiblər.
Xatıqladaq ki, 2 saylı məktəb ilk dəfə deyil ki, qalmaqalla gündəmə gəlir.
2 il qabaq mediada həmən məktəbdə törədilmiş cinayətlə bağlı dia.az saytı məlumat yaymışdı:
“2014-cü ilin mart ayının 15-i tarixində məktəbin 11-ci sinfində oxuyan 3 oğlan uşağı (onların kimlikləri məlumdur, sadəcə olaraq qeyri-etik hadisə olduğundan adlarını çəkmirik -red.) 9-cu sinifdə oxuan 15 yaşlı qızı zorlayıblar. Məlumatda deyilir ki, həmin hadisə bu gün ört-basdır edilir. Halbuki hadisəni törədən şəxslər Bakının Nəsimi rayonu ərazisində həbs olunublar və 19-cu polis bölməsinə gətiriliblər. Lakin sonradan 2 saylı məktəbin direktoru Ədalət Camalovanın müdaxiləsi ilə hər üç şagird sərbəst buraxılıb. Məlumatı verən şəxs dia.az-a açıqlamasında iddia edirb ki, Ədalət xanımın bu hadisəyə müdaxilə etməsi bu iyrənc hərəkətin onun məktəbinin adına ləkə gətirməsi ilə əlaqədar deyil: «Sadəcə olaraq, həbs olunan, zorlamada ittiham olunan məktəblilərdən biri Ədalət xanımın yaxın qohumudur». Mənbə iddia edir ki, bu işdə Abşeron rayon təhsil idarəsinin müdirəsi İradə xanım da maraqlı tərəf kimi çıxış edib, cinayət əməli törədən şagirdlərin buraxılmasında rol oynayıb: «Amma maraqlı burasıdır ki, hadisə barədə Abşeron rayon icra hakimiyyətinin başçısının məlumat almasının qarşısı müxtəlif üsullarla önlənilməkdədir. Yəni əgər RİH rəhbəri Zakir Fərəcov bundan xəbər tutarsa, dərhal cinayət işi açıla bilər. Halbuki məhz yerli təhsil şöbəsinin müdirəsinin və həmçinin məktəb direktorunun müdaxiləsi səbəbindən 19 saylı Polis Bölməsində iş qaldırılmayıb». Sonradan Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Abşeron rayonu ərazisində orta məktəbin 9-cu sinif şagirdini zorlayıb, əməllərini videokamera ilə lentə alaraq, qızı bu vasitələrlə şantaj edən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək haqda verilən qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR