Sevilya Avropa Liqasında rekord vurdu-VIDEO

600@0İspanlar ardıcıl 3-cü dəfə turnirin qalibi oldu.

Avropa Liqasında 2015/16 mövsümünə yekun vurulub. ANS PRESS-in məlumatına görə, turnirin final matçında “Liverpul”a “Sevilya” münasibətlərinə aydınlıq gətirib.

“”Sevilya” ardıcıl 3-cü dəfə Avroliqanın qalibi oldu”
Bazelin “Sent Yakob-Park” stadionunda baş tutan final matçında 4 qol vurulub. Hesabı 35-ci dəqiqədə “Liverpul”dan Daniel Sturridge açıb. İkinci yarıya fəal başlayan “Sevilya” 46-cı dəqiqədə Kevin Qameyronun qoluna sevinib. 64-70-ci dəqiqələrdə dubl edən Koke isə matçın taleyini həll edib – 3:1.
Bununla “Sevilya” avrokuboklarda möhtəşəm uğura imza atıb. Belə ki, İspaniya klubu ardıcıl 3-cü dəfə Avropa Liqasının qalibi olub. 2014 və 2015-ci illərdə də eyni uğura imza atan La Liqa təmsilçisi 5-ci dəfə turnirin qalibi adını qazanıb. “Sevilya” 2006 və 2007-ci illərdə də turnirin qalibi olub. Bu Avropa Liqasının mütləq rekordudu.
Avroliqanın qalibi nə qədər qazanacaq?
“Liverpul” “İnter” və “Yuventus”la birlikdə “Sevilya”dan sonra kuboku ən çox qazanan komandadı. Belə ki, hər 3 klub 3 dəf kuboka sahib çıxıb. İngiltərə təmsilçisi bundan əvvəlki bütün finallarda qalib olub. Belə ki, “qırmızılar” 1973, 1976 və 2001-ci illərdə vəsiqə qazandığı finallarda kuboku rəqibə güzəşt etməyib. “Liverpul” 15 il sonra çıxdığı finalda uğursuz olub.Avropa Liqasında qalib olan “Sevilya” növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək hüququ da qazanıb.

Avropa Liqası
Final

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) – 1:3
Qol: Staric, 35 – Qameyro, 46, Koke, 64, 69
Bazel. “Sent Yakob-Park” stadionu

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR