“Survivor”dakı bu görüntü aləmi bir-birinə qatdı -Foto

84902“Survivor”da qalmaqallı görüntülər yayılıb

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iştirakçılardan biri Damlanın siqarət çəkdiyi anlar sosial şəbəkədə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Damlanı bu hərəkətinə görə qınayıblar.

Yarışma şərtləri nəinki iştirakçıların, ümumiyyətlə adada tütün məmulatlarının istifadəsini qadağan etsə də, belə bir görüntünün yayımlanması təəccüb doğurub.

Proqramın və telekanalın rəhbəri Acun İlıcalı buna münasibət bildirib. O, “Könüllülər”in yarışı uduzduqdan sonra verilişin işçilərinin əşyalarını götürdüyünü qeyd edib. Acun belə bir vəziyyətin bir daha olmayacağınlı deyərək iştirakçılara xəbərdarlıq edib. Damla isə başverənlərlə bağlı üzr istəyib.84902

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR