Tanınmış jurnalist, tarixçi-alim Rəşad Rüstəmov 47 yaşını qeyd etdi-FOTO

13262634_233737146999686_209680437_oQafqaz Xəbər Agentliyinin ən fəal əməkdaşlarından biri, uzun illərdir istər media sahəsində, istərsə də elmi sahədə uğurlar qazanan Rəşad Rüstəmov bu gün 47 yaşına qədəm qoyub. Dəfələrlə müxtəlif mükafatlar alan, 2004-cü ildə “Media açarı” mükafatı laureatı olan Rəşad Rüstəmov agentliyimizin rusdilli saytı olan Kavkaznews.az-da ciddi araşdırmalara imza atıb və çox sayda vətəndaşın sosial problemlərini işıqlandırıb. R.Rüstəmov eyni zamanda AMEA Tarix İnstitunun böyük elmişi işçisi olaraq, onlarla elmi məqalənin müəllifidir. Bundan başqa, həmkarımız müxtəlif tarixi hadisələri bədiiləşdirərək, tarixi povest və romanlar da yazmaqla məşğuldur. Biz Qafqaz Xəbər Agentliyininin kollektivi olaraq, Rəşad Rüstəmova uzun ömür, can sağlığı və ailə səadəti arzu edirik. Hər zaman sevdiyi insanların əhatəsində, onu sayan və hörmət edən dostların çevrəsində olması arzusu ilə, Rəşad Rüstəmov “yaz, yarat və yaşa!” deyirik. Çox sağ ol ki, varsan və özünsən… Özün kimi qal, Rəşad!
Hörmətlə, Qafqaz Xəbər Agentliyinin kollektivi

IMG_1564

IMG_1568 IMG_1560 (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR