TAP-ın tikintisinə başlanması ilə bağlı rəsmi mərasim başa çatıb

85cdedf3-6f72-4962-8618-1c334dc9073c_292Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərasimin sonunda TAP-ın təməlinə qoyulacaq boru imzalanıb.

Borunu Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Albaniya baş nazirinin müavini Niko Peleşi, TAP Konsorsiumunun icraçı direktoru Yan Bredşou, konsorsiumda iştirak edən şirkətlərin rəhbərləri – SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, habelə “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera, “Fluxys” şirkətinin baş icraçı direktoru Paskal De Bak, “Enagas” şirkətinin strateji və biznes inkişafı üzrə baş meneceri Xesus Saldana Fernandez və “Axpo” şirkətinin sədr müavini Rudolf Haq imzalayıblar.

3e2c3cdf-5979-4329-9248-90b7eaaf9163 317e29e5-8926-480c-874c-bed599b8871d

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR