Tarif Şurasının qərarı Konstitusiyaya ziddir

tn-1“İyunun sonunadək Azərbaycanda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, indiyədək çeşidindən, formasından, dozasından asılı olaraq, 7700 adda dərman preparatı Tarif Şurasında qiymətləndirilib. Onun sözlərinə görə, gələn ay Tarif Şurasının iki 2 iclasında qeydiyyatda olan eyni dərmanların bütün apteklərdə vahid qiymətə satılmasına qərar veriləcək: “Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”. E. Ağayev vurğulayıb ki, dərmanlara vahid qiymət tətbiq edildikdən sonra vəziyyətə nəzarət etmək üçün İqtisadiyyat Nazirliyinin müvafiq qurumları apteklərdə yoxlamalar aparır. Lazım olduqda bu məsələyə Səhiyyə Nazirliyi də qoşulur (APA). Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Kavkaznews.az-a bildirib ki, Tarif Şurasının qərarına görə, ölkənin bütün apteklərində vahid qiymətlər müəyyən olunacaq.

images-43“Bu bazar iqtisadiyyatı prinsiplərinə zidd gəlir”, – deyə E.Hüseynov bildirib. Onun fikrincə, əgər hökumət həqiqətən də qiymətlərin ucuzlaşmskachanny-e-fajly-1-293asını istəyirsə, o zaman dərman bazarının tam liberallaşmasını həyata keçirməlidir. Hüquqşünas Xalid Bağırov da Kavkaznews.az-a bildirib ki,Tarif Şurasının qərarı Konstitusiya və Mülki Məcəlləyə tamamilə ziddir.

“Dövlət nə haqla özəl mülkiyyət  olan apteklərdə qiymətləri müəyyən edir? Dövlət qurumları özəl müəssisələrə məhsulu hansı qiymətə satmalı olduğuna dair diktə etmək hüququna malik deyil”, – deyə Xalid Bağırov vurğulayıb.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR