Temperatur 32 dərəcəyə yüksələcək

fd6e3dcf980654cb3739108ca9e4c177Mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 13-16, gündüz  23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən  yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  14-19, gündüz 27-32, dağlıq rayonlarda gecə 7-12 dərəcə,  gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 18-ə Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR