Türkiyə Jandarma Qüvvələrinin komandanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

015cfdbf-1081-4f2c-b4e6-ad49bf2e7037Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Bundan sonra Q.Mendi Şəhidlər xiyabanını ziyarət edib. Ordu generalı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Q.Mendi türk şəhidliyini də ziyarət edib, orada xatirə dəftərinə bu sözləri yazıb: “Tariximizin qızıl səhifələrini şərəfləndirmisiniz. Sizin dastan kimi mücadilənizi və qəhrəmanlığınızı türk milləti şükranla anacaq. Əziz xatirəniz önündə hörmətlə baş əyirik, ruhunuz şad olsun”.
814c3e86-556d-4fa8-87b9-c6d8cc485fa4 301081b6-e6dd-451d-b229-f57e4a03807b 8897526c-d95c-4251-9b6e-c6de22b6ad22

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR