Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-in 4 obyektini məhv edib

2f962948-e7a5-438a-80d7-c2b0ba358d9d_292Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror təşkilatının Suriyanın şimalındakı 4 obyektini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçuların obyektləri sərhəddəki artilleriya qurğularının atəşi ilə məhv edilib.

Əməliyyat Qaziantep əyalətinin Oğuzeli bölgəsi yaxınlığındakı səhrada iki raket mərmisinin partladılmasından sonra həyata keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR