Üç boksçumuz dünya çempionatında 1/4 finala yüksəlib

98fa7098680f53792449dc7a8992883cQazaxıstanın Astana şəhərində qadın boksçular arasında dünya çempionatında 1/8 final mərhələsinin görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Yana Alekseyevna ikinci görüşündən də qələbə ilə ayrılıb.

Belə ki, 60 kq çəki dərəcəsində rinqə çıxan Rio-2016-nın iştirakçısı Mavzuna Çoriyevanın (Tacikistan) ardınca Aleksis Priçardı (Yeni Zelandiya) da məğlub edib – 2:0. O, 1/4 finalda fransalı Estel Mosseli ilə döyüşəcək. Görüş bu gün olacaq.

Ondan fərqli, birinci qarşılaşmasını qələbə ilə başa vuran Anna Əlimərdanova (51 kq) məğlubiyyətə üzülüb. O, Nikola Adams (Böyük Britaniya) səddini keçə bilməyib – 0:3.

Yığmamızın ən ağır çəkili boksçusu Aynur Rzayeva (+81 kq) da mundialla vaxtından əvvəl vidalaşıb. O, ilk görüşündəcə Seema Punyaya (Hindistan) 0:3 hesabı ilə uduzub.

Bu gün Alekseyevnadan başqa daha 2 boksçumuz 1/4 final qarşılaşmasına çıxacaq. Məhsəti Həmzəyeva (57 kq) Denitsa Eliseyeva (Bolqarıstan), Məryəm Cəbrayılova (69 kq) Hunq Qu (Çin) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimizin üzvlərindən Əlimərdanova və Rzayevaya kimi Əzizə Abbasova (48 kq), Ayzanat Hacıyeva (64 kq), Yelena Vıstropova (75 kq) və Alina Hacıyeva (81 kq) da yarışla vidalaşmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR