Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

34612d9b-2605-4832-b365-5ba4ee69ede3_292Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adını dəyişərək Dnepr kimi təsdiq edib

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, şəhərin adının dəyişdirilməsi ideyasını sessiya zalında qeydiyyatdan keçmiş 344 milli vəkilindən 247-si dəstəkləyib. Qərar dekommunizasiya haqqında qanun çərçivəsində həyata keçirilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Həmçinin, Ali Rada Dneproderjinsk şəhərinin adını dəyişərək Kamensk qoyub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR