Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlıq planı imzalanıb

e5ca281c97ae0e20855d208868a250f6Ukrayna və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri iki ölkə arasında 2020-ci ilədəkqarşılıqlı əlaqələrin istiqamətləri və sahələrini müəyyən edən hərbi əməkdaşlıq planını imzalayıblar.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti açıqlama yayıb.

“İmzalanan sənəd Ukrayna hərbçilərinin operativ imkanlarını artırılmasına yönələn praktiki addımları ehtiva edir. Plan iki ölkənin Silahlı Qüvvələri arasında 2020-ci ilədək hərbi əməkdaşlığın istiqamətləri və sahələrini müəyyən edir. Bura hərbi islahatlar, planlaşdırılma, təhsil, qoşunların hazırlığı, qoşun növləri arasında əməkdaşlıq və s. daxildir”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna və Türkiyə Qara dənizdə birgə tədbirlərin keçirilməsi və hərbi-texniki əməkdaşlıq üçün fəaliyyət planının hazırlanmasına dair razılığa gəliblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR