Vətəndaşlara 40 min manatlıq ziyan vuran dələduzlar tutuldu (VİDEO)

dz1Zaqatalada 4 nəfər birləşərək sakinləri aldadıblar.

Qazax rayonu Kosalar kənd sakini 32 yaşlı Alırzayev Arzu Süleyman oğlu, Laçın rayonu Bozlu kənd sakini 35 yaşlı Təhməzov Əfqan Barat oğlu, Ağdam rayonu Şurabad kənd sakini 36 yaşlı Quliyev Mahmud Qənbər oğlu və Laçın rayonu Çıraqlı kənd sakini 35 yaşlı Xəlilov Elbrus Azay oğlu qrup təşkil edərək Zaqatala sakinlərini aldadıb.

Onlar avqust-sentyabr aylarında rayonun Suvagil kənd sakinləri Qazıyev Kərim Osman oğlunun 201 baş, Çobanzadə Ramazan Şaban oğlunun 301 baş, Mülkümov Məhəmməd Abdurahman oğlunun 184 baş quzularını dələduzluqyolu ilə ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adı çəkilən qrub üzvləri saxlanılıb. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində istintaq aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR