Vahid Ələkbərov: İlin sonuna neft qiymətləri 50 dolları ötməlidir

vagit_alekperov_251113Neft qiymətləri 2016-cı ilin sonuna bir barrel üçün 50 dolları ötməlidir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov bəyan edib.

O hesab edir ki, bu günlərdə neft qiymətləri 45-55 dollar diapazonunda satılacaq: “İlin sonunda isə biz qiymətlərin bu rəqəmi üstələdiyinin şahidi ola bilərik”.

Dünya birjalarında bu gün “Brent” markalı neftin bir barelinin iyul fyuçerslərinin qiyməti 49,11 dollara satılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR