Varlıların uşaqlarını hərbi xidmətdən “qorumaq” lazımdır?

f8212ecc2f10d5ba71bf13623b8be3d1Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

Layihəni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə təqdim edib. Dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır. Qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.

Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.

Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkələrin təhsil müəssisələrinin siyahısına ehtiyac qalmır. Layihə səsə qoyularaq qəbul olunub (APA).

“Bu dəyişikliklər varlı təbəqənin nümayəndələrini hərbi xidmətdən azad etmək üçün qəbul olunub. Axı bu gün xaricdə ən varlı təbəqənin nümayəndələri təhsil alır”, – deyə sabiq deputat, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı kavkaznews.az-a bildirib.skachanny-e-fajly-1-391

Partiya lideri qeyd edib ki, o, hərbi xidmətə möhlət verilməsinin əleyhinədir.

Milli Məclis üzvü, iqtisadi elmləri doktoru, professor Rüfət Quliyev isə hesab edir ki, xaricdə ancaq varlılar təhsil almır.

“Unutmaq olmaz ki, xaricdə təhsil alanların bir qismi dövlət proqramı çərçivəsində oxuyurlar. Axı ölkəyə yüksre1-300x240-300x240-1ək ixtisaslı kadrlar lazımdır. Əminəm ki, xaricdə təhsil alanların çoxu Azərbaycana qayıdacaq”, – deyə R.Quliyev qeyd edib.

“Bu, o mənaya gəlmir ki, Azərbaycanda təhsil səviyyəsi aşağıdır və bizim ali məktəblər mütəxəssis hazırlaya bilmir?” – deyə əməkdaşımız soruşdu.

“Bizim müstəqilliyimizin cəmi 25 yaşı var. Müstəqillik tarixi bir neçə yüz olan ölkələr isə uzun yol keçiblər. Bu ölkələrdən hər biri müəyyən sahədə mütəxəssis hazırlayır. Heç bir dövlət deyə bilməz ki, onun təhsil sistemi özünün mütəxəssislərə olan tələbatını tamamilə ödəyir”, – deyə Rüfət Quliyev cavab verdi.

Sabir Rüstəmxanlıdan fərqli olaraq, R.Quliyev hesab edir ki, hətta magistratura təhsili alanları da təhsil müddətində hərbi xidmətdən azad etmək lazımdır.

“Bunu alim kimi deyirəm. Amma biz müharibə vəziyyətində olan və əraziləri işğal edilmiş ölkədə yaşayırıq və hələ bunu edə bilmərik”, – deyə deputat əlavə edib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR