Venesuelada müxalifət partiyasının başçısı öldürüldü

140671_res_01Venesuelanın “Un Nuevo Tiempo” (UNT – “Yeni Zaman”) müxalifət partiyasın başçısı German Mavare güllələnərək qətlə yetirilib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin Lara ştatının Barkisemeto şəhərində qeydə alınıb.

UNT partiyası hadisə ilə bağlı etirazını bildirərək, ölkədə zorakılığa və ədalətsizliyə son qoyulmasına çağırıb.

Rəsmi Karakas baş verənlərlə əlaqədar, hələ ki, şərh verməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR