Rekord qiymətə qadın çantası satıldı-VİDEO

54016791Timsah dərisindən olan çanta briliyantlarla bəzədilib

Honkonqda qadın çantası 300 min dollara satılıb. XəzərXəbər-in məlumatına görə, bu barədə “Christie’s” hərrac evi məlumat yayıb. Briliyantlarla bəzədilən əl çantası Fransız moda evi “Hermes”in məhsulu olub.

“Himalaya Niloticus Crocodile Diamond Birkin” model çanta timsah dərisindən hazırlanıb. Çantanın üzəri isəs ağ qızıl və 18 karatlıq briliyant daşlarla bəzədilib. Çantanın sahibi hərraca telefonla qatılaraq ona sahib olub. Onun adı açıqlanmır. Düzdür ekspertlər 2008-ci ildə hazırlanan bu nadir çantanın baha satılacağını proqnozlaşdırıblar. Lakin bu qədərə yox…

“Bu hərraclarda qadın çantasına verilən ən yüksək məbləğdir”. Deyə Frans Press agentliyinə hərrac evindən bildiriblər.

Maraqlıdır ki, bundan öncəki rekordda “Hermes”ə aiddir. Timsah dərisindən, qızıl elementləri olan çanta da ötən ilin uyun ayında satılıb. Adı açıqlanmayan alıcı ona  221 min dollar pul ödəmişdi.

Rekord qiymətə satılan çanta

Rekord qiymətə satılan çanta

Çanta britaniyalı aktrisa və müğənni Ceyn Birkinin şəəfinə adlandırılıb. Bu çanatalaçrın qiyməti 10 min dollardan başlayıb.

“Hermes” moda evi 1837-ci ildə Fransada təsis edilib. Hazırda bu şirkət aksesuarlar – dəri və ipəkdən bahalı ayaqqabı, çanta, geyim, zinət əşyaları hazırlayır. /anspress

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR