Berlində Merkelə qarşı etiraz aksiyası keçirilib

52486c6c07151ec227a18c99b0805ea4Berlində Almaniya kansleri Angelo Merkelin yürütdüyü siyasətə qarşı kütləvi etiraz aksiyası keçirilib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları əsasən kanslerin miqrant qəbulu ilə bağlı yürütdüyü siyasətə qarşı olduqlarını bəyan ediblər.
Berlinin əsas küçə və yollarını bağlayan təxminən min nəfərə yaxın etirazçı yol boyunca “Merkel getməlidir!” şüarı səsləndiriblər.
Aksiyada daha çox “Almaniya üçün alternativ” Partiyasının üzvləri və sağ radikalçılar iştirak edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR