Xızıdakı dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

СнимокXızı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib

Avtobusun dərəyə aşması nəticəsində 3 nəfər dünyasını dəyişib. Rayonun Xələfli kəndində baş verən yol qəzasında ölənlər Sumqayıt Dövlət Texniki Kollecin müəllimləri Sərxan Abdullayev, Kamil Hacıyev , eləcə də təhsil müəssisəsinin yeməkxanasında çalışan Dilarə adlı xanımdır.

RTV (Region TV) xəbər verir ki, ilkin məlumata görə, Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarını Xızıdakı istirahət məkanlarından birindən gətirən 50-CX-181 dövlət nömrə nişanlı “Hyundai” markalı avtobusun yoldan çıxaraq aşması nəticəsində yaralananların sayı 21 nəfərdir.

Yaralılardan 15 nəfəri təcili tibbi yardın maşınları ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisəsində yerləşdrilənlər Nigar Kazımlı, İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova, Qafar Abdullayev, Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, Əsəd Qurbanov, Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.

Digər yaralılar isə Xızı Rayon Mərkəzi Xəstəxanasına, eləcə də Sumqayıt və Bakıda yerləşən tibb müəssisələrinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR