Yağış, şimşək, külək – Sabahın HAVASI-VIDEO

ceef31bde33213a8ca78edc809e293e0Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 12-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR